featured-image-30156

“Real” Kərim Benzemanın əvəzləyicisi kimi “Espanyol”un hücumçusu Xoselunu transfer etmək istəyir.

Msport.az “Relevo”ya istinadən xəbər verir ki, Madrid klubu 33 yaşlı forvardla maraqlanır.

“Espanyol” La Liqada yerini qorumaq uğrunda mübarizə apardığında “Real” hələ Xoselu ilə bağlı danışıqlara başlamayıb.

“Kral klubu”nda hesab edirlər ki, Xoselu ehtiyat hücumçu kimi pis variant deyil.

Xatırladaq ki, Xoselu vaxtilə “Real”da çıxış edib. O, 2009-cu ilin yayında bu komandaya keçib.  Lakin hücumçu Madrid klubunda möhkəmlənə bilməyərək müxtəlif klublara icarəyə verilib.

Təcrübəli oyunçu bu mövsüm La Liqada 31 matçda 15 qol vurub və iki məhsuldar ötürmə verib. Xoselu Robert Levandovski (21 qol) və Kərim Benzemadan (17 qol) sonra bombardirlər yarışında 3-cü yeri tutur.

ANAR 

Bənzər xəbərlər