“Real” 39 yaşlı futbolçu ilə daha bir il müqavilə bağlayır
“Real” Luka Modriçlə müqaviləni daha bir il uzatmağa hazırdır. Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Xorvatiyalı futbolçunun müqaviləsi bu ilin iyununda başa çatır.
Mənbənin sözlərinə görə, 39 yaşlı yarımmüdafiəçi daha bir il yüksək səviyyədə oynamaq niyyətindədir. Modriç istəyir ki, DÇ-2026-dan öncə oyun praktikası olsun.
Qeyd edək ki, o, 2012-ci ildən Madrid klubunun heyətində çıxış edir. O, bu müddət ərzində 573 oyunda 42 qol vurub və 92 məhsuldar ötürmə verib.