featured-image-31582

Kilian Mbappe “Real”a mümkün transferi məsələsinə aydınlıq gətirib. Msport.az xəbər verir ki, fransalı futbolçu bu yay Madrid klubuna satılmasını tələb etmədiyini deyib:

Hücumçu PSJ rəhbərliyinə göndərdiyi məktubda müqavilənin müddətini uzatmaq istəmədiyini yazmışdı:

“Mən transfer barədə müraciət etməmişəm və “Real”a satılmağımı istəməmişəm. Mən sadəcə dedim ki, müqavilənin uzadılması ilə bağlı bəndi işə salmaq niyyətində deyiləm.

Biz PSJ ilə yeni müqavilənin uzadılması ilə bağlı məsələni heç vaxt müzakirə etməmişik. Amma gələn mövsüm PSJ-də qalmağa çox şadam”.

ANAR ABDULLAYEV

 

Bənzər xəbərlər