featured-image-30028

“Real”a texniki məğlubiyyət verilə bilər. Msport.az “As”a istinadən xəbər verir ki, Madrid klubunun “Xetafe” ilə İspaniya La Liqasının oyununa görə cəzalanması gündəmdədir.

Matçın baş hakimi Xuan Martines Munuera “kral klubu”na dəyişikliyi ləğv etmək imkanı verib ki, zədələnən Kamavinqa meydanı tərk edə bilsin. Bu isə FİFA qaydalarına ziddir.

84-cü dəqiqədə baş məşqçi Karlo Ançelotti yeganə qolun müəllifi Marko Asensionu müdafiəçi Alvaro Odriosola ilə əvəzləməyi qərara alıb. İspaniyalı futbolçu meydanı tərk edərkən Kamavinqa axsayıb və dəyişdirilməsini istəyib. Nəticədə, fransalı yarımmüdafiəçi əvəzlənib, Asensio isə oyunda qalıb.

“Xetafe” əvəzləmə ilə bağlı şikayət verib. Klub hesab edir ki, bu qaydalara uyğun deyil. Artıq araşdırma başlayıb.

“Real” üç gün ərzində Yarışların Təşkili Komitəsinə cavab verməlidir. Əgər “Xetafe”nin tələbi qəbul olunsa, madridliləri tezniki məğlubiyyət gözləyir.

ANAR 

media-16843193404908

Bənzər xəbərlər