featured-image-60430

İspaniyanın “Real” klubu heyətini yeni yarımmüdafiəçi ilə gücləndirmək niyyətindədir.

Msport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Madrid təmsilçisi “Bayern”də çıxış edən Yozua Kimmixlə danışıqlara start verib.

“Kral klubu” mövsümün sonunda müqaviləsinin müddəti bitəcək almaniyalı oyunçunu azad agent kimi transfer etməyi planlaşdırır.

Qeyd edək ki, “Bavariya” Yozua Kimmixi 2015-ci ilin yayında “Ştutqart”dan transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Bənzər xəbərlər