featured-image-33245

“Barselona”nın prezidenti Joan Laporta Arda Gülerin son anda “Real”ı seçməsinə aydınlıq gətirib.

Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbəri türkiyəli futbolçu ilə öncədən razılıq əldə etdiklərini bildirib:

“Biz “Fənərbaxça”ya 17,5 milyon avro ödəməyə hazır idik. Lakin sonra başqa klublar da danışıqlara girdilər. Məsələn, “Real” və daha çox pul təklif etdi.

O zaman fikirləşdik ki, hərracda iştirak etməyə dəyməz. Bizim digər yaxşı oyunçularımız da var.

Güler transferindən imtina etdik, düşündük ki, bu yanlış addım olardı. Bir çox futbolçular var ki, bu cür mübarizəyə girmədən, döyüşmədən transfer edə bilərik.

Bizim bəlli çərçivəmiz var ki, bunu keçmirik. “Barsa”ya gəlmək istəyən digər oyunçularla da bağlı belə edəcəyik”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər