featured-image-43609

“Real”ın gənc ulduzu Arda Gülər yay transfer pəncərəsində klubu tərk edə bilər. Msport.az xəbər verir ki, Türkiyə millisinin 18 yaşlı ulduzunun icarəyə verilməsi gözlənilir.

Mənbənin sözlərinə görə, 7 aydır Madrid klubunda olan yarımmüdafiəçi fiziki cəhətdən bu tempə uyğunlaşmaqda çətinlik çəkir. Bu səbəbdən Arda oyun təcrübəsi qazanmaq üçün yayda başqa kluba icarəyə veriləcək.

Əgər o, “Real”da qalsa, gələn mövsüm daha az şans əldə edə bilər.

Qeyd edək ki, gənc futbolçu cari mövsümdə bütün turnirlərdə 4 oyunda meydana çıxıb. Onun İspaniya klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimidir.

 

 

Bənzər xəbərlər