featured-image-65977

“Real” klublararası dünya çempionatının startından əvvəl – 15 iyuna qədər “Liverpul”un sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldun transferi ilə bağlı qarşı tərəflə razılığa gəlib.

“Kral klubu” ingilis futbolçunun iyun ayı üzrə maaşını ödəyəcək və əlavə olaraq “Liverpul”a kompensasiya verəcək. Aleksander-Arnoldun “Liverpul”la mövcud müqaviləsi 30 iyun 2025-ci ilə qədər qüvvədədir. Daha əvvəl mediada yer alan xəbərlərə əsasən, “Real” sözləşmənin vaxtından əvvəl pozulması üçün “Liverpul”a 1-2 milyon avro ödəyə bilər.

Qeyd edək ki, “Liverpul”un yetirməsi olan Trent Aleksander-Arnold 2016-cı ildən əsas komandada çıxış edir.

Bənzər xəbərlər