“Real” “Arsenal”ın müdafiəçisini istəyir
“Real” “Arsenal”ın müdafiəçisi Vilyam Salibanı transfer etmək niyyətindədir.
Msport.az xəbər verir ki, “kral klubu”nun nümayəndələri 24 yaşlı oyunçunu son Premyer Liqa matçında – “Mançester Siti” ilə 1:1 bitən qarşılaşmada yaxından izləyiblər.
Saliba “Arsenal”a 2019-cu ilin yayında qoşulub. Onun klubla müqaviləsinin müddəti 2026/27 mövsümünün sonunda başa çatacaq.
Fransalı müdafiəçinin bazar dəyəri təxminən 80 milyon avro qiymətləndirilir.