featured-image-56492

“Real” İspaniya La Liqasında dünən “Barselona” ilə oyunda baş verənlərə görə açıqlama yayıb. Msport.az xəbər verir ki, Madrid klubu azarkeşlərinin hərəkətini qınayıb.

“Real” irqçiliklə bağlı istənilən hərəkətləri qınayır. Biz bəzi azarkeşlərin təhqiramiz ifadələrinə görə çox məyus olmuşuq.

“Real” təhqiramiz irqçi ifadə işlədənləri müəyyənləşdirmək üçün araşdırmaya başlayıb. Onlar barəsində intizam və cəza tədbirləri görülməlidir”.

Xatırladaq ki, “Real” – “Barselona” oyununda (0:4) meydan sahiblərinin azarkeşləri Lamin Yamala yönəlik təhqiramiz ifadələr işlədiblər.

Bənzər xəbərlər