featured-image-47030

“Barselona” “Real”la İspaniya La Liqasının 32-ci turu çərçivəsində baş tutmuş oyunun (2:3) yenidən keçirilməsini tələb edə bilər.

Msport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun prezidenti Joan Laporta açıqlama verib:

“Biz Hakimlər Komitəsinə və İspaniya Futbol Federasiyasına müraciət edəcəyik ki, oyunun bütün çəkiliş kadrlarını təqdim etsinlər. Əgər təsdiq olunsa ki, Yamalın qolu qaydalar çərçivəsində vurulub, o zaman matçın yenidən keçirilməsini tələb edəcəyik. Belə hal VAR-ın səhvinə görə Avropa liqalarının birində artıq baş verib”.

Qeyd edək ki, “Real” – “Barselona” görüşündə qonaqların futbolçusu Lamin Yamal küncdən zərbə zamanı ayağını toxunduraraq, topu qapıya göndərib.. Top qapı xəttini keçdikdən sonra qolkiper Andrey Lunin onu geri qaytarıb. Referi Sezar Soto Qrado topun qapı xəttini keçmədiyini bildirib. O, sonradan VAR-da olan həmkarları ilə xeyli məsləhətləşsə də, qərarını qüvvədə saxlamışdı.

Bənzər xəbərlər