“Real” Bellinqemlə yeni müqavilə imzalayacaq
“Real” Cud Bellinqemin müqaviləsini uzatmaq üçün addımlar atır.
Msport.az xəbər verir ki, “kral klubu” Rodri transferinin baş tutmamasından sonra dayaq yarımmüdafiəçisi axtarışlarını davam etdirsə də, hazırda əsas diqqətini heyətdəki aparıcı futbolçuların müqaviləsini uzatmağa yönəldib.
“Real” ingiltərəli yarımmüdafiəçi Cud Bellinqemin hazırkı sözləşməsini 2 il artıraraq 2031-ci ilə qədər uzatmaq üçün onunla danışıqlar planlaşdırır.







