featured-image-28517

“Real Madrid” yay transfer pəncərəsində yeni mərkəz hücumçusu almağı planlaşdırır.

Msport.az xəbər verir ki, “kral klubu” Kərim Benzemanın əvəzedicisi kimi “Çelsi”nin forvardı Kay Havertzi görür. Madridlilərin prezidenti Florentino Peres almaniyalı oyunçunun keçidi üçün artıq qarşı tərəflə danışıqlara başlayıb. “Zadəganlar” 23 yaşlı futbolçunu 60 milyon avroya satmağa hazırdı.

Daha əvvəl “Barselona”nın da Havertzlə maraqlandığı deyilirdi.

Qeyd edək ki, Kay cari mövsüm ərzində 42 oyunda 9 qol vurub və 1 məhsuldar ötürmə edib.

Royal Türksoy

Bənzər xəbərlər