featured-image-42464

“Deloitte” beynəlxalq konsaltinq şirkəti 2022/2023 mövsümünün nəticələrinə əsasən ən gəlirli Avropa klublarının reytinqini tərtib edib.

Msport.az xəbər verir ki, İspaniyanın “Real” (831 milyon avro) klubu birinci pillədə qərarlaşıb. İkinci sırada İngiltərə Premyer Liqası və Çempionlar Liqasının qalibi “Mançester Siti” (826 milyon) yer alıb. İlk “3-lüy”ü PSJ (802 milyon) Tamamlayıb.

Ən gəlirli klublar onluğuna, həmçinin “Barselona” (800,1 milyon), “Mançester Yunayted” (745,8), “Bavariya” (744), “Liverpul” (682,9), London “Tottenhem” (631,5), “Çelsi” (589,4) və “Arsenal” (532,6) daxildir.

Bənzər xəbərlər