"Real" Çempionlar Liqasının kralıdır" - Karlo Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti “Çelsi” ilə Çempionlar Liqasının 1\4 final mərhələsinin cavab oyunundan öncə fikirlərini bildirib. Msport.az xəbər verir ki, italiyalı mütəxəssis klubun turnirdəki tarixi uğurlarını qabardıb:
“Həmişəki kimi motivasiyamız yaxşıdır. Bizi çox vacib turnirdə görüş gözləyir. İdeal oyun göstərmək barədə düşünürük. 90 dəqiqə ərzində çox şey baş verə bilər. Daha yaxşı oyun nümayiş etdirmək üçün hazır olacağıq.
Bu klubda hər kəs yaxşı bilir ki, həmişə qalib gəlmək lazımdır. Bütün gücünü qoyub, sonadək mübarizə aparmaq. Biz yenidən yarımfinala çıxsaq, deməli, yaxşı işləmişik.
Tarix göstərir ki, “Real” Çempionlar Liqası turnirinin kralıdır. Biz bu klubun kiçik bir hissəsiyik. Bu klub Çempionlar Liqasında 14 kubok qazanıb. Biz də növbəti qələbəni qazanaraq öz tövhəmizi verməyə çalışacağıq”.
ANAR ABDULLAYEV







