featured-image-29489

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Ernandes Çempionlar Liqasının “Real”la bu gün keçiriləcək yarımfinal oyunundan danışıb. Msport.az “The Guardian”a istinadən xəbər verir ki, ispaniyalı futbolçu Madrid klubundan revanş almağa çalışacaqlarını deyib:

“Revanş almaq üçün şansımız var. Bizim fəlsəfəmiz odur ki, öz təcrübəmizdən nələrsə öyrənək. Ötən il 180 dəqiqəni əla keçirdik, lakin bu kifayət etmədi. Cavab oyununun son dəqiqələrində bacarmadıq.

İmkan düşən kimi rəqibi sıxmaq lazımdır. “Real”a hörmətlə yanaşırıq, onlar Çempionlar Liqasının kralıdırlar. Ancaq bizim onlara qarşı silahımız var. Əla formadayıq və heç nədən qorxmuruq. Döyüşməyə gəlmişik və əlbəttə ki, revanş gözləyirik”.

ANAR

 

Bənzər xəbərlər