“Real” Çempionlar Liqasının tarixinə düşdü
“Real” Çempionlar Liqasında yeni rekorda imza atıb.
Msport.az xəbər verir ki, “kral klubu” pley-off mərhələsində “Mançester Siti”ni üstələməklə buna nail olub.
Rəqibini hər iki matçda məğlub edən Madrid təmsilçisi (3:2, 3:1) ardıcıl 22-ci dəfə turnirin 1/8 finalına yüksəlib. “Real” bunu həyata keçirən ilk klub kimi tarixə düşüb. “Real” 1/8 finalın yarandığı 2003-04 mövsümündən bəri bu uğura imza atan birinci komandadır.