featured-image-48315

“Real” İspaniya La Liqasının XXXVII turunda “Vilyarreal”la heç-heçə edib – 4:4.

Msport.az xəbər verir ki, matçın ilk yarısından sonra Madrid təmsilçisi 4:1 hesabı ilə öndə olub.

“Kral-klubu” 76 ildən sonra ilk dəfə 4 qol vurduğu yerli çempionat matçında qalib gələ bilməyib.

1948-ci ildə paytaxt klubu “Valensiya” ilə bərabərə qalıb – 4:4.

Qeyd edək ki, La Liqada çempionluğu vaxtından əvvəl təmin edən “Real” 94 xal toplayıb.

Bənzər xəbərlər