“Real”da ciddi itki
İspaniyanın “Real” klubunun futbolçuzu Eduardo Kamavinqa zədələnib.
Msport.az “El Chiringuito” nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Fransa millisinin düşərgəsində sıradan çıxıb.
Gənc oyunçu məşqdə komanda yoldaşı Usman Dembele ilə toqquşub və dizindən zədə alıb. O, ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.