featured-image-28801

“Real”ın yarımmüdafiəçisi Luka Modriç zədələnib. Msport.az “Relevo”ya istinadən xəbər verir ki, xorvatiyalı futbolçunun 11 gün sonra “Mançester Siti” ilə Çempionlar Liqasının yarımfinal matçında oynaması sual altındadır.

Modriç İspaniya La Liqasının 32-ci turunda “Jirona” ilə görüşdə zədələnərək 63-cü dəqiqədə əvəzlənmişdi.

37 yaşlı yarımmüdafiəçinin mayın 6-da “Osasuna” ilə İspaniya kubokunun finalında, həmçinin ayın 9-da “Mançester Siti”yə qarşı Çempionlar Liqasında oynayıb-oynamayacağı bəlli deyil.

Dəqiq olan odur ki, Xorvatiya yığmasının üzvü şənbə günü “Almeriya” və çərşənbə axşamı “Real Sosyedad”la matçlarda forma geyinə bilməyəcək.

ANAR 

Bənzər xəbərlər