featured-image-64239

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa bu mövsümün sonuna kimi komandasına kömək edə bilməyəcək.

Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi La Liqanın “Xetafe” ilə oyununda (1:0) zədələnib və matçın son dəqiqələrində meydanı tərk edib.

Tibbi müayinədən sonra futbolçunun budunda zədə aşkarlanıb. Mətbuatda yayılan məlumatlara görə, Eduardo təxminən 3 ay oynamaya bilər ki, bu da onun klublararası dünya çempionatında iştirakını sual altına qoyur.

Kamavinqa bu mövsüm “Real”da 34 oyun keçirib, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Bənzər xəbərlər