"Real"da daha bir itki - Kurtua da oynamayacaq
“Real”ın qapıçısı Tibo Kurtua İspaniya La Liqasının 31-ci tuturnda “Jirona”ya qarşı oynaya bilməyəcək. Msport.az xəbər verir ki, belçikalı futbolçu mədə ağrısından əziyyət çəkir.
Qeyd edək ki, Kərim Benzema ilə Eduardo Kamavinqa da zədəli olduqlarından meydana çıxmayacaqlar.
“Jirona” – “Real” matçı bu gün 21:30-da başlayacaq.
ANAR ABDULLAYEV