featured-image-54313

İspaniyanın “Real” klubunun rəhbərliyi bəzi futbolçuların meydana az çıxdığı görə narahatdır.

Msport.az xəbər verir ki, bu amil gələcəkdə komandada narazılıq yarada bilər.

Endrik, Arda Gülər, Braim Dias, Orelyen Tçuameni və Kamavinqa kimi oyunçular mövsümün startında çox az şans qazanıb. Gənc ulduzların bəzisi bu məsələdən narazıdır. Madrid klubunda baş məşqçi Karlo Ançelottinin bu məsələdə ideal formul tapacağına ümid edirlər.

Qeyd edək ki, “Real” mövsümə 2 qələbə və 2 heç-heçə ilə start verib.

Bənzər xəbərlər