“Real”da itki
İspaniyanın “Real” klubu La Liqanın XV turunda “Qranada” ilə oyunda zədələnən Dani Karvahalın durumu ilə bağlı açıqlama yayıb.
Msport.az xəbər verir ki, Madrid təmsilçisi 31 yaşlı cinah müdafiəçisinin sol ayağının alt əzələsində zədə aşkarlandığını bildirib.
Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.
Qeyd edək ki, görüş “Real”ın 2:0 hesablı qələbəsi ilə bitib. Karvahal birinci hissədən sonra matça davam edə bilməyib.







