featured-image-54461

Madrid “Real”ının futbolçusu Brahim Dias sıradan çıxıb.

Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Dias La Liqanın 5-ci turunda “Real Sosyedad”la oyunda (2:0) zədələnib. Sağ budundan zədə alan 25 yaşlı yarımmüdafiəçi bu səbəbdən 25-ci dəqiqədə Rodriqo ilə əvəzlənmək məcburiyyətində qalıb. Brahimin sıraya dönməsi 3 ay çəkə bilər.

  1. Qeyd edək ki, Dias La Liqanın cari mövsümündə 5 oyunda 1 qola imza atıb.

Bənzər xəbərlər