featured-image-57929

İspaniyanın “Real” komandasının daha bir futbolçusu sıradan çıxıb.

Msport xəbər verir ki, Çempionlar Liqasının V turunda İngiltərənin “Liverpul” klubu ilə səfər oyununda (0:2) zədələn Eduardo Kamavinqa ən azı iki-üç həftə yaşıl meydanlardan uzaq qalacaq.

Madrid təmsilçisinin daha əvvəl altı futbolçusu – Vinisius Junior, Orelyen Çuameni, Rodriqo, Daniel Karvaxal, Eder Militao və David Alaba zədələnib.

Qeyd edək ki, “Real” Çempionlar Liqasında növbəti oyununu dekabrın 10-da İtaliyanın “Atalanta” komandasına qarşı keçirəcək.

Bənzər xəbərlər