featured-image-23029

“Real”ın futbolçusu Eden Azarla baş məşqçi Karlo Ançelottinin münasibətləri korlanıb.

Msport.az “The Atletic”ə istinadən xəbər verir ki, onlar demək olar ki, danışmırlar.

Belçikalı hücumçu hesab edir ki, məşqçi sözünün üstündə durmayıb və italiyalı mütəxəssis onu yaxına buraxmır.

Dekabrın sonlarında Ançelotti bildirmişdi ki, Azar ikinci dövrədən etibarən daha çox oynayacaq. O vaxtdan belçikalı futbolçu iki dəfə zədə alıb və cəmi 68 dəqiqə meydanda olub. O, İspaniya kubokunda III liqa təmsilçisi “Kasareno” ilə qarşılaşmada şans əldə edib. 2023-cü ilin digər oyunlarında Azar forma geyinməyib. O, son dəfə La Liqada sentyabrın 11-də oynayıb.

“Real”ın məşqçilər korpusundakı mənbənin sözlərinə görə, futbolçunun bu cür məyus olması normaldır: “Meydana az çıxanlarda belə hallar olur. Hər kəs güman edir ki, Azarın sadəcə bəxti gətirməyib”.

Bütün bunlara baxmayaraq, vinger özünü yaxşı aparır və komandada problemlər yaratmır.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər