featured-image-24502

“Real”ın futbolçusu Lukas Vaskes “Betis”lə oyunda (0:0) əvəzləndiyi üçün əsaəblərini cilovlaya bilməyib. Msport.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti 59-cu dəqiqədə onun əvəzinə Karvahalı meydana buraxıb.

Müdafiəçi əvəzləndikdən sonra texniki zonada ehtiyat oyunçular skamyasına təpik atıb. Klubun izibatçısı ona gödəkçəni verdikdən sonra Vaskes var-gücü ilə onu kənara atıb.

Qeyd edək ki, Vaskes “Real”da oyun praktikasının azlığından əziyyət çəkir. O, cari mövsümdə 12 matçda forma geyinib və 2 qol vurub.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər