“Real”da şok itki
“Real”ın braziliyalı vingeri Vinisius Junior sıradan çıxıb.
Msport.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tibbi müayinələrdən sonra 24 yaşlı vingerin sol ayağının bud sümüyündə problem aşkarlanıb.
Onun nə vaxtadək yaşıl meydanlardan kənarda qalacağı açıqlanmayıb.
Qeyd edək ki, “Real” ötən gün La Liqanın XIV turunda səfərdə “Leqanes”i üç cavabsız qolla üstələyib. Vinisius Junior bu görüşdə sonadək meydanda olub.