featured-image-63641

“Real” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Arsenal”a səfərdə 0:3 hesabı ilə məğlub olub.

Msport.az xəbər verir ki, bu, “kral klubu”nun 16 ildən sonra antirekordudur.

Madridlilər turnirin ardıcıl iki matçında qol vura bilməyib. Karlo Ançelottinin yetirmələri 1/8 final mərhələsinin “Atletiko” ilə cavab görüşündə əsas və əlavə vaxtda rəqib qapısına yol tapa bilməmişdi. Həmin qarşılaşmada 0:1 hesabı ilə uduzan “Real” penaltilər seriyasında rəqibini üstələmişdi (4:2).

“Real” axırıncı dəfə 2009-cu ildə turnirin 1/8 final mərhələsinin hər iki matçında “Liverpul”a qol vurmadan uduzmuşdu – 0:1, 0:4.

Bənzər xəbərlər