featured-image-32816

“Real” Türkiyə futbolunun gənc istedadı Arda Gülər üçün “Fənərbaxça”ya rəsmi təklif göndərib.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabrtitsio Romano paylaşım edib.

Madridlilər 18 yaşlı futtbolçuya görə “Fənər”ə 20 milyon avro+bonuslar ödəməyə hazırdırlar. Mənbənin sözlərinə görə, “kral klubu” rəsmiləri güman edirlər ki, bu məbləğ qarşı tərəfi razı sala bilər. Deyilənə görə, tərəflər arasında danışıqlar artıq həlledici mərhələyə qədəm qoyub.

Arda “Fənər”də 51 oyunda 9 qol vurub və  12 məhsuldar ötürmə verib. Onun İstanbul klubu ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

ANAR  

 

Bənzər xəbərlər