“Real”da daha üç yeni müqavilə
İspaniyanın “Real” klubu daha üç futbolçusunun müqaviləsinin müddətini uzadacaq.
Msport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano şəxsi “X” hesabında paylaşım edib.
Onun sözlərinə görə, medafiəçi Eder Militao, yarımmüdafiəçilər Federiko Valverde və Eduardo Kamavinqanın sözləşmələri yenilənəcək.
Qeyd edək ki, Madrid təmsilçisi ötən həftə Vinisius Junior və Rodriqonun müqaviləsinin müddətini uzadıb.