featured-image-39422

İspaniyanın “Real” komandası futbolçusu Eduardu Kamavinqa ilə müqaviləni yeniləyib.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi 21 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddətini 2029-cu ilin yayınadək uzadıb.

Fransalı oyunçunun təzminat qiyməti isə 1 milyard avro olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, Eduardo Kamavinqa 2021-ci ilin avqustundan “Real”ın formasını geyinir.

“Kral klubu” daha əvvəl braziliyalı hücumçu Vinisius Juniorla müqavilənin müddətini uzadıb.

Bənzər xəbərlər