featured-image-42691

İspaniyanın “Real” klubu futbolçusu Daniel Karvaxal ilə müqavilənin müddətini uzadacaq.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, rəhbərlik 32 yaşlı müdafiəçiyə “1+1 illik” yeni sözləşmə təklif edib.

Qeyd edək ki, 2013-cü ildən “Kral klubu”nun formasını geyinən ispaniyalı oyunçunun hazırkı müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq. Karvaxal komanda ilə üç dəfə La Liqanın, beş dəfə UEFA Çempionlar Liqasının qalibi olub. O, ümumilikdə “Real”da 23 titula sahib çıxıb.

Bənzər xəbərlər