featured-image-54465

“Real” yaxın günlərdə daha bir futbolçusu ilə müqavilə müddətini uzadacaq. Msport.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Ferlan Mendi ilə anlaşmanın müddəti 2027-ci ilin iyununa kimi artırılacaq.

Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar bütün yay ərzində davam edib. Baş məşqçi Karlo Ançelotti şəxsən özü Mendinin komandada qalmasında israr edib.

Fransalı müdafiəçi 2019-cu ilin iyunundan Madrid klubunun formasını geyinir.

Bənzər xəbərlər