featured-image-47268

“Bavariya”nın futbolçusu Alfonso Deyvisin yayda İspaniyanın “Real” klubuna keçmək ehtimalı azdır.

Msport.az xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb.

Tərəflər arasındakı danışıqlar dalana dirənib. Madrid təmsilçisi 23 yaşlı kanadalı oyunçu içə maraqlanmaqda davam edir. Onun müqaviləsi başa çatandan sonra “kral klubu”na keçmək variantı gündədim.

Qeyd edək ki, Deyvisin hazırkı sözləşməsi 2025-ci ildə başa çatacaq.

Bənzər xəbərlər