“Real” daha bir müdafiəçi transferinə hazırlaşır
“Bornmut”un mərkəz müdafiəçisi Din Heyseni transfer edən “Real” daha bir oyunçunu heyətinə qatmaq niyyətindədir.
Msport.az xəbər verir ki, “Benfika”nın sol cinah müdafiəçisi Alvaro Fernandes Karreras “kral klubu”na keçməyə hazırlaşır.
Madridlilər 22 yaşlı futbolçu ilə prinsipial razılığa gəlib. Tezliklə komandaya baş məşqçi təyin olunacaq Xabi Alonso onu sol cinah müdafiəçisi kimi heyətində görmək istəyir. İspaniya nəhəngi hazırda “Benfika” rəhbərliyi ilə danışıqlar aparır. Klub bu keçidi 50 milyon avrodan ucuz qiymətə həll etməyə çalışır.
Qeyd edək ki, Karreras Portuqaliya çempionatının başa çatan mövsümündə 32 oyunda meydana çıxıb, 3 qol, 1 assistlə yadda qalıb.