featured-image-70078

“Real”ın müdafiəçisi Dani Karvahal zədələnib. Msport.az xəbər  verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

33 yaşlı futbolçu 4 həftə yaşıl meydanlardan kənarda qala bilər. Karvahal ötən ilin oktyabrında çarpaz bağlarından əməliyyat olunmuşdu. O, mayın sonunda bərpa olunaraq meydana çıxmışdı.

Qeyd edək ki, bir müddət əvvəl “Real”ın digər müdafiəçisi Trent Aleksander-Arnold da zədələnmişdi.

 

Bənzər xəbərlər