featured-image-68772

İspaniya La Liqasının II turunda “Real” səfərdə “Ovyedo” ilə qarşılaşıb.

Msport.az xəbər verir ki, Madrid təmsilçisi yeni baş məşqçisi Xabi Alonsonun rəhbərliyi altında daxili liqada 2-ci oyunda 2-ci qələbəsini qazanıb – 3:0.

Qolları Kilian Mbappe (37, 83) və Vinisius Junior (90+3) vurublar. Start heyətdə meydana çıxan Türkiyə millisinin üzvü Arda Gülər ilk qolun ötürməsini verib.

Qeyd edək ki, “Real” 2 oyundan 6 xal toplayıb. Onlar hazırda eyni xala malik olan “Vilyareal”la və “Barselona” ilə birgə 1-3-cü yerləri bölüşdürürlər.

Bənzər xəbərlər