"Real"dan başqa bunu heç kim edə bilməz" - Pep Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasındakı hədəflərindən danışıb.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis turniri qazanmağa çalışacaqlarını deyib:
“Burda olduğum üçün şadam. Komandaya gələndə fikirləşmirdim ki, biz bütün yarışlarda qalib gəlməliyik. Ya da Çempionlar Liqasını 3-4 dəfə qazanmalıyam. “Real”dan başqa bunu heç kim edə bilməz.
Son iki mövsümdə Çempionlar Liqasını qazanmağa çox yaxın idik, əla oyunlar keçirdik. Yenidən bunu reallaşdırmağa cəhd göstərəcəyik”.
Qeyd edək ki, “Mançester Siti” bu gün Çempionlar Liqasının 1\8 final mərhələsinin ilk oyununda səfərdə “Leyptsiq”lə üz-üzə gələcək.
ANAR ABDULLAYEV







