featured-image-59511

İspaniyanın “Real” klubu baş məşqçisi Karlo Ançelotti ilə yolları ayıra bilər.

Msport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Madrid təmsilçisi italiyalı mütəxəssisin qarşısına tələb qoyub. Komanda mövsümün sonunda Çempionlar Liqası və ya La Liqada qalib olmasa, Ançelotti ilə yollar ayrılacaq.

Əgər bu titullardan biri qazanılmasa, Madrid klubu hazırda “Bayer”də çalışan Xabi Alonsonu baş məşqçi postuna gətirəcək. Ançelotti mövsümü titulla başa vursa, müqaviləsinin sonuna qədər – 2026-cı ilin yayına qədər “Real”da qalacaq.

Bənzər xəbərlər