“Real”dan Modriçlə bağlı qərar
İspaniyanın “Real” klubu ulduz futbolçusu Luka Modriçlə bağlı qərar verib.
Msport.az “Sport.es” nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi mövsümün sonunda paytaxt klubunu tərk edəcək.
Klub rəhbərliyi xorvatiyalı oyunçunun mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək.
Modriçin hazırkı sözləşməsi 2024-cü ilin yayında başa çatır.
2012-ci ildən “Real”da çıxış edən oyunçu cari mövsüm bütün turnirlərdə 18 matçda meydanda olub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







