featured-image-48578

“Real” rəhbərliyi “Espanyol”dan icarəyə götürülən Xoselu ilə bağlı qərar verib.

Msport.az xəbər verir ki, 34 yaşlı hücumçu “Real”da qalacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Kral klubu” ispan forvard üçün müqavilədə yer alan satınalma bəndini işə salacaq.

Qeyd edək ki, “Real” Xoselunu 2023-cü ilin yayından icarəyə götürüb. İspaniya millisinin üzvü La Liqa nəhənginin heyətində meydana çıxdığı 48 rəsmi matçda 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər