“Real”dan yarımmüdafiəçisi ilə bağlı qərar
“Real” futbolçusu Toni Kroosla müqaviləni uzadacaq.
Msport.az “TodoFichajes”yə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Karlo Ançelotti almaniyalı yarımmüdafiəçi oyun müddətinin çox olacağı ilə bağlı söz verib. Bildirilib ki, bu ayın 4-ü 34 yaşını qeyd edəcək futbolçu ilə 1+1 illik yeni müqavilə imzalayanaq.
Xatırladaq ki, Kroos 2014-cü ilin yayından Madrid təmsilçisində oynayır. 2023/2024 mövsümündə o, 23 oyuna çıxıb, 1 qol vurub, 6 qolun ötürməsini verib.