“Real”dan yeni müqavilə təklifi
İspaniyanın “Real” klubu qapıçısı Andrey Luninə yeni sözləşmə təklif edəcək.
Msport.az xəbər verir ki, tərəflər tezliklə danışıqlara start verəcək.
Danışıqların uğurla yekunlaşacağı gözlənilir. Qolkiper özü də “kral klubu”nda qalmaq istəyir.
Qeyd edək ki, 25 yaşlı Lunin 2018-ci ildə “Zorya”dan “Real”a 8,5 milyon avroya keçib. O, bu mövsüm 22 oyunda meydanda olub.