featured-image-49241

İspaniyanın “Atletiko” klubu futbolçusu Aksel Vitsel ilə müqavilənin müddətini uzadacaq.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano bildirib.
Belçikalı yarımmüdafiəçinin yeni sözləşməsi 2025-ci ilin yayınadək qüvvədə olacaq.

Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone onu komanda üçün vacib oyunçu hesab edir.

Qeyd edək ki, Vitsel başa çatan mövsümdə 51 oyun keçirib və 2 qol vurub.

Bənzər xəbərlər