“Real” dünya çempionatına heç-heçə ilə başladı
Klublararası dünya çempionatında növbəti oyun keçirilib.
Msport.az xəbər verir ki, “Real” ilk turda “Əl-Hilal”la qarşılaşıb.
H qrupunun matçında qalib müəyyənləşməyib. Hesabı avropalılar açsalar da, ərəblər fasiləyə kimi bərpa ediblər. “Real” 90+2-ci dəqiqədə qələbə qoluna yaxın olsa da, Federiko Valverde penaltini dəqiq yerinə yetirə bilməyib.
Qeyd edək ki, qrupun digər oyununda “Leypsiq”lə “Paçuka” qarşılaşacaq.