featured-image-52240

İngiltərənin “Tottenhem” klubunun futbolçusu karyerasını İspaniyanın “Real” komandasında davam etdirə bilər.

Msport.az xəbər verir ki, Madrid təmsilçisi 26 yaşlı argentinalı futbolçu üçün qarşı tərəfə müraciət edib.

Lakin londonluların tələbi təəccüb doğurub. Belə ki, Premyer Liqa təmsilçisi dünya çempionuna 75 milyon avro qiymət qoyub. “Lill”in oyunçusu Leni Yoro “Real”a yox, “Mançester Yunayted”ə keçməyi üstün tutduğundan, “kral klubu” arxa xətti məhz Romero ilə gücləndirməyi planlaşdırır.

Qeyd edək ki, üç ildir “Tottenhem”də çıxış edən Kristian Romeronun paytaxt təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına kimidi.

Bənzər xəbərlər