featured-image-22530

Klublararası dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub.

Msport.az xəbər verir ki, Mərakeşdə keçirilən mundialın sonuncu yarımfinal görüşü Misirin “Əl-Əhli” və İspaniyanın “Real” komandaları arasında baş tutub.

Madrid təmsilçisi bu oyunda darmadağınla qalib gələrək mundialın finalına yüksəlib. Avropa təmsilçisi həlledici oyunda Səudiyyə Ərəbistanını təmsil edən “Əl-Hilal”la qarşılaşacaq. Final matçı fevralın 11-də keçiriləcək. Həmin gün həm də Braziliyanın “Flamenqo” komandası “Əl-Əhli” ilə üçüncü yer uğrunda mübarizə aparacaq.

Klublararası Dünya Çempionatı
Yarımfinal

7 fevral

Flamenqo (Braziliya) – Əl-Hilal (Səudiyyə Ərəbistanı) 2:3
Qol: Pedro, 20; 90+1 – Əl-Dosari, 4; 45+9-pen. Vietto, 70.

8 fevral

Əl-Əhli (Misir) – Real (İspaniya) 1:4
Qol: Əl-Maalul, 65-pen – Vinisius Junior, 42. Valverde, 46. Rodriqo, 90+2. Arribas, 90+8.

Bənzər xəbərlər