"Real" gənc türkiyəli istedadın transferini bitirdi
“Real” Arda Gülərin transferi ilə bağlı “Fənərbaxça” ilə razılığa gəlib. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano tviterdə paylaşım edib.
Madridlilər 18 yaşlı futbolçuya görə İstanbul klubuna 20 milyon avro ödəyəcək. Arda gələcəkdə digər kluba satılacağı halda, ümumi məbləğin 20 faizi “Fənər”ə ödənəcək. Müqaviləyə digər bonuslar da əlavə olunacaq.
Türkiyə millisinin üzvü “Real”la 6 illik müqavilə imzalayacaq. O, yaxın vaxtlard tibbi müayinədən keçəcək.
Gənclərbirliyi”nin yetirməsi olan yarımmüfafiəçi 2014-2019-cu illərdə Ankara təmsilçisində olub. Onun “Fənər”lə müqaviləsi 2025-ci ilə qədərdir.
Arda Türkiyə millisində 4 oyun keçirib.
ANAR







